Milli Məclisdə COVID-19 ilə bağlı mövcud vəziyyət müzakirə ediləcək

Oktyabrın 7-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək.
"Report"un xəbərinə görə, toplantıda koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə müzakirələr aparılacaq.