ABŞ-da ekoloji fəlakət: Minlərlə barel neft okeana axdı - FOTO


ABŞ-ın Kaliforniya ştatında neft boru kəmərinin sızması səbəbindən 3 min bareldən çox neft Sakit okeana axıb.

Hadisə ştatın cənubunda Orenc dairəsində “Amplify Energy” şirkətinin boru kəmərində baş verən nasazlıq səbəbindən baş verib. Ekoloji fəlakət artıq yerli faunaya təsir edib: sahildə ölü quşlar və balıqlar tapılıb.