"Baku Bus"ın avtobusu piyadanı vuraraq öldürüb

Bakıda yol-nəqliyyat hadisəsi olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 4-də saat 19 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Neftçala rayon sakini N.Hüseynov idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Qardaşəli Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.