Nəhəng balqabaq:Dünya rekordu... - FOTO

Belçikada hər il ənənəvi olaraq keçirilən ən böyük balqabaq yarışmasında diametri 6 metr və çəkisi 1040 kq olan balqabaq birinci olacağı iddia edilir.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, müsabiqənin keçirildiyi Kasterli qəsəbəsi nəhəng balqabağı ilə məşhurdur.

Bu il şəhərdəki ən böyük balqabağı yetişdirən Mario Vangeel yarışma ilə bağlı danışıb:
“Bu nəhəng balqabaqla dünya rekordunu qırmağı gözləyirik. Nəticələr elan edildikdən sonra balqabağı kəsib toxumlarını çıxaracağıq. Dünyada 50 nəfərlik balqabaq klubumuz var və toxumları İspaniya, ABŞ kimi fərqli ölkələrə göndərəcəyik”.
Qeyd edək ki, Belçikada nəhəng balqabaqların yetirişdirilməsi üçün xüsusi üsuldan istifadə edilir. Balqabağın yaxşı yetişməsi üçün onu müəyyən müddət yorğan altında saxlayırlar.