Tərtərdə erməni terroru zamanı dağıdılan qəbirlər bərpa edilir 


Vətən müharibəsi zamanı erməni vandalları ağır artilleriya qurğularından və raket komplekslərindən istifadə etməklə cəbhə xəttinə yaxın yerləşən ərazilərdə qəbirlərə ciddi ziyan vurub.

“Report”un məlumatına görə, Tərtərin Səhləbad kənd qəbiristanlığında mərmi partlayışı nəticəsində 266 məzar ziyan görüb.

Bunlardan yüzü tamamilə dağıdılıb. Qalan 166 məzar isə qismən zərər görüb.

Bu cür terror faktları ermənilərin necə bir qəddarlığa sahib olduğunu bir daha deməyə əsas verir.