Eynşteyn 5 yadplanetlinin cəsədini araşdırıb - FOTO

Məşhur fizik Albert Eynşteynin keçmiş köməkçisi Doktor Sirley Rayt 1947-ci ildə alimin ABŞ -ın Nyu Meksiko ştatının Roswell şəhərində meydana gəldiyi iddia edilən UFO qəzasından sonra ələ keçirilən 5 yadplanetlinin cəsədini araşdırdığı iddia edib.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, Rayt Eynşteynin Nyu Meksikoya bir çox gizli səfərlərində onunla birlikdə olduğunu söyləyib.

Eynşteynin "həqiqi sübutları görməkdən narahat olmadığını" ifadə edən Rayt bu sözləri deyib:
“Mənə və Eynşteynə 5 yad planetlinin cansız cəsədləri göstərildi. Onların 5-i də bir-birinə bənzəyirdi. Təxminən 1.5 metr boylarında və saçları yox idi. Başları böyük və nəhəng qara gözləri vardı, dəriləri yüngül yaşılımtıl rəngli boz rəngdə idi”.
İddialara görə, Eynşteyn araşdırmadan sonra bir hesabat hazırladı və Dr. Rayta bu barədə danışmamaq əmri verildi. Rayt Eynşteynin həyatı və yaradıcılığı boyunca yad bir həyata inandığını söyləyib.