26 təhsil müəssisəsi publik hüquqi şəxs statusu aldı - QƏRAR


Azərbaycanda 17 orta ixtisas təhsil müəssisəsi və 9 orta ixtisas təhsil müəssisəsi publik hüquqi şəxs statusu alıb. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb. 

Birinci qərar əsasən, Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Musiqi Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Masallı Dövlət Regional Kolleci, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci publik hüquqi şəxslərə çevrilib. 

Digər qərara görə, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci,  Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkil edilir.

Ötən müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Təhsil Nazirliyinin tabeliyində olan 35 orta ixtisas təhsili müəssisəsindən 9-u publik hüquqi şəxs statusuna malik olan kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.