İş otağında qətlə yetirilən məmur müharibə veteranı imiş


Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsinin qətlə yetirilən direktoru Ziyad Əhmədov Ələs oğlu müharibəsi veteranı imiş.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxsin rəsmi olaraq 90-cı illərin Qarabağ müharibəsi veteranları siyahısında adı mövcuddur.

O, 2007-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində fəaliyyət göstərib və 2016-cı ildən Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində direktor vəzifəsinə təyin edilib.

1964-cü il təvəllüdlü Ziyad Əhmədov Mərkəzin Goranboy rayon şöbəsində mühasib kimi fəaliyyət göstərən 28 yaşlı Goranboy sakini Mirhadı Bağırov tərəfindən saat 13:00 radələrində boyun nahiyəsindən bıçaqla vurularaq qətlə yetirilib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.