Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn olundu - YENİLƏNİB


Təzəpir məscidində Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımovla vida mərasimi keçirilib.

Mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Xalq artisti Ağakişi Kazımov “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

14:04

Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımovun harada dəfn olunacağı məlum olub.

Oxu.Az-ın məlumatına görə, Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumun yaxınları tərəfindən bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək. 

A.Kazımov mərhum Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Yaqub Zurufçunun yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. O, oktyabrın 8-də vəfat edib.