Komitə sədri Xankəndiyə pul ayrılmasını təklif etdi

“Gürcüstanda sahə inspektorları 400-500 dollar, patrul xidmətinin əməkdaşları isə 1 000 dollar civarında maaş alır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

“Mən düşünürəm ki, ölkəmizdə də polis əməkdaşlarının maaşlarına yenidən baxılmalıdır”, - deyə o əlavə edib.

Deputat gələn ilin büdcəsində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə, o cümlədən Xankəndi və Xocalıya maliyyə vəsaitinin ayrılmasının vacibliyini qeyd edib.

“Xankəndiyə qaz niyə Ermənistandan getməlidir? Biz orada yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üzərində işləyirik. Belə olan təqdirdə həmin ərazilər üçün də maliyyə ayrılmasına ehtiyac var”.

O həmçinin bildirib ki, Azərbaycan vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerjinin, kommunal tariflərin və manatın kursunun dəyişməyəcəyi barədə zəmanət verilməsini gözləyir.