Nazir məhkumların saxlanması üçün ayrılan vəsaitin azaldılmasını mümkün sayır

“Hər bir məhbusun cəzaçəkmə müəssisələrində saxlanılması vəsait tələb edir”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Gələcəkdə ağır cinayət törətməyən məhbusların evdə və digər yerlərdə saxlanılması məsələsinə də baxıla bilər. Biz bununla da xərclərimizi azalda bilərik. Bununla bağlı qanunverciiliyə də müvafiq dəyişikliklər edilib”, - nazir vurğulayıb.