Nazir: “Çalışırıq ki, büdcə xərcləri manatın ucuzlaşmasına xidmət etməsin”

"Maliyyə Nazirliyi bilavasitə manatın məzənnəsinə təsir göstərən qurum deyil".

“Report”un məlumatına görə, bunu nazir Samir Şərifov manatın məzənnəsinə hər hansı təhdidin olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

“Çalışırıq ki, büdcə xərcləri manatın ucuzlaşmasına xidmət etməsin. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı ilə əlaqələndirilmiş siyasət aparırıq. 2022-ci ilin dövlət büdcəsinin xərcləri manatın hazırkı məzənnəsi ilə götürülüb", - o qeyd edib.