DİN Oğuzda polisin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, noyabrın 12-də saat 4 radələrində şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır.

Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında ölən və yaralanan şəxslər Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdırlar.