Ağacları kəsən tikinti şirkəti cəzalandırılıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağacların kəsilməsi faktı müəyyən edilib. Bunu Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, araşdırma zamanı “Xəzər İnşaat-XXI Əsr” MMC tərəfindən sözügedən ünvanda beşmərtəbəli binanın söküntüsü işləri aparılan zaman ərazidəki ağacların kəsildiyi və təbiətə 26 580 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.