Şəmkirdə şəhidlə vida mərasimi keçirilir - FOTO

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən toqquşmalar zamanı Azərbaycan ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xəlilov Murad Qalib oğluyla vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Şəmkir rayonunun Çinarlı qəsəbəsində baş tutur. Vida mərasimindən sonra, şəhid qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Bildirək ki, Xəlilov Murad Qalib oğlu 2003-cü ildə Çinarlı qəsəbəsində anadan olub.

Qəhrəman igidimiz subay idi. 

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub.

Döyüşlərdə 10 hərbçimiz yaralanıb.