İran-Azərbaycan sərhədində 38 mina aşkarlanıb - FOTO

Noyabr ayının ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşdirilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 metr məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 metr məsafədə işlər davam etdirilir.