Acı xəbər Türkiyəni sarsıtdı 

3 yaşlı Müslümənin cansız bədəni tapılıb

10 gündür axtarışları davam edən 3 yaşlı Müslümənin cansız bədəni tapılıb. “Şərq” Türkiyə mediasına istinadən bildirirki, 3 yaşlı Müslümənin ailəsi Sarıkeçili köçərilərindəndir. 

Onlar qış mövsümü başlayanda  mal-qara, qoyun-keçis ürüləriylə Mərsinin sahil zolağına daşınırlar. Ailədə köçdüyü ərazidə çadır qurarkən uşaq gözdən itib. Uşağın yoxluğunu fərq edən ailəsi yerli polisə xəbər verib. Polislə yanaşı, xüsusi axtarış komandası da uşağı axtarıb. Yerli sakinlər də axtarışlara qoşulub. Lakin 10 gün keçməsinə baxmayaraq Müslümənin izi tapılmayıb. Belə olduqda dronlar  da havaya qaldırılıb. Təlim görmüş itlər axtaışa cəlb edilib. Nəhayət 3 yaşlı uşağın cəsədi ailənin qaldığı ərazidən 7 kilometr aralıda tapılıb.