Sosial media da saxtadır


Selena Qomez “ağıl sağlığı”nı müdafiə edəcək şirkət qurur

Mükəmməllik standartlarının ağıla zərər verdiyi iddiasında olan amerikalı məşhur müğənni və aktrisa Selena Qomez bu istiqamətdə başlatdığı mübarizəni kifayət qədər tutarlı yatırıma çevirmək niyyətindədir. Müğənni hesab edir ki, mükəmməllik real ola bilməz. İnsanlardan davamlı mükəmməl olmalarını tələb etmək isə ağıla, düşüncəyə, zehnə zərər verir, insanı reallıqdan çıxarır, nəticədə insan ruhi sarsıntı keçirməyə başalyır, özünü - əsl kimliyini itirir.

 Bu düşüncələrdən çıxış edən müğənni mübarizə çərçivəsində media şirkəti qurmaq qərarına gəlib. Vaxtilə Selena Qomez “kəpənək xəstəliyi” (stress , ultrabönəvşəyi şüalardan yaranan xəstəlik) və bipolar pozuntu (depressiyaya gətirib çıxaran ruhi əsəb xəstəliyi) ilə mübarizə aparıb. Son 5 ildə isə bu yöndə fəallıq nümayiş etdirməyə başlayıb. 

Müğənni həmçinin sosial medianın da saxta olduğunu iddia edir və bu istiqamətdəki çalışmalarını daha da fəallaşdırmaq üçün “ağıl sağlığı”nı müdafiə edəcək şirkət qurmağa qərar verib. Şirkətin adı isə “Wonder Mind” olacaq.

Müğənni “məqsədim real olmayan gözəllik standartlarını yıxmaqdır. Bu süni gözəllik standartları zehni sağlamlığımıza mənfi təsir edir. Bunu özüm hiss etdim və bir çox belə insan tanıyıram”, deyir.  Müğənni özünü – ağlını qorumaq üçün tez-tez sosial media hesablarını bağlayır.