Nazilə Səfərli SUSDURULDU? - "Bu  mövzu mənim üçün bağlıdır"

Meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Novruzov şair Nazilə
Səfərlidən hüquq-mühafizə orqanlarına şikayət edib. Buna səbəb N.Səfərlinin ona böhtan atması olub: “Ona cavab verməkdən yoruldum. Məni narahat edir. Ona görə 102 xidmətinə zəng etdim, məni Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yönləndirdilər. Ərizə yazdım”.

Daha əvvəl N.Səfərli K. Novruzovu atası Ağakərimə psixatrop iynələr vurmaqda ittiham edib:

 “Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”.
"Sherg.az" olaraq məlum şikayətin nəticəsi ilə bağlı şair N.Səfərli ilə əlaqə saxladıq. O isə bu barədə danışmaq istəmədiyini bildirdi: "Bu  mövzu mənim üçün bağlıdır".