Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov)
səhhəti stabildir. "Sherg.az" xəbər verir ki, bu barədə "Həmin Zaur" verilişində qonaq olan meyxanaçının oğlu Kamil Novruzov deyib:
"Hər bir dərdin çarəsi var. Əgər atamı sağalda biləcək həkim varsa,
xahiş edirəm, nömrəmi tapsın, əlaqə saxlasın. Oğul kimi nə lazımdırsa
etməyə hazıram. Biri çıxıb desin, "atanı mən ayağa qaldıra bilərəm".
K.Novruzov atasının müalicəsinin davam etdiyini bildirib:
"Həkimlər deyir ki, biz on addım atanda, gərək xəstə də bir addım
atsın. Beyin müalicəyə cavab vermirsə, ancaq dua etməliyik".