Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana İnstaqram paylaşımı ilə diqqət çəkib.
"Sherg.az"ın məlumatına görə, Canana paylaşımında keçmiş həyat yoldaşı ilə son danışığını qeyd edib:
"Mən heç nəyi yalan demirəm. Kərimlə son danışığımızda da özü elçi gedəcəklərini dedi. Mən də söylədim ki, Allah xoşbəxt etsin, ancaq balalarımı ögey anaya vermək üçün dünyaya gətirməmişəm. Uşaqlarımı qaytar. O isə dedi "heç mənə lazım deyil, hakim belə qərar verib". Mən də dedim hakimin mənimlə nə qəsdi var axı. Uşaqlar bu yaşananlara şahiddirlər. Dünən telefon danışığımızda Tuncay da dedi ki, Ayseli qəbul etməyəcəm, o mənim anam deyil".
Bir neçə gün öncə Mətanət İsgəndərli sosial şəbəkədə üzərində "Allahın əmri, peyğəmbərin izni ilə qızınız Ayseli oğlum Kərim üçün istəməyə gəlmişik" yazısı olan tort paylaşmışdı. Müğənninin keçmiş gəlini Canana bununla bağlı paylaşım edərək, “övladlarımızı ögey ana yanında qoymayacam” şərhini yazmışdı.
Əməkdar artist Mətanət İsgəndərli yenicə boşanmış oğlu Kərimə elçi getməsi ilə bağlı yayılan iddialara cavab verib.
MTV-nin efirində qonaq olan Əməkdar artist məsələyə bu cür münasibət bildirib:
“O qədər eyni adda adamlar var ki. Qucağımda tutduğum tort da reklamdır. Məsələn, bacımın qızının evində də nişan olub”.