Xalq artisti, cazmen Cavan Zeynallı "Günün Sədası" verilişində qonaq olub.
"Sherg.az" xəbər verir ki, övladı olmayan ifaçı "Övladlığa uşaq götürmək istəmirsiz?" sualını belə cavablandırıb:
"Bilmirəm, necə oldu, amma həyat bu cür davam edir. Adam bilmir neçə il yaşayacaq, bu suala cavab tapmaq çətindir".
C.Zeynallının həyat yoldaşı Röya xanım telefon vasitəsilə efirə qoşulub. O, "Sevdiyin kişinin hər zaman üzünün gülməsi üçün nə etmək lazımdır?" sualını cavablayıb:
"Harada səbir var, o ailədə xoşbəxtlik olur. Cavan sənətkardır, onun hər vəziyyətinə dözürəm. Mən 25 il sadəcə susmuşam. Ailəni qorumaq lazımdırsa, susmaq lazımdır".