1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib

2021-ci il ərzində Azərbaycanda təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş 1408 nəfər vəzifəli şəxs və vətəndaşlardan 1671 min manat məbləğində cərimə tutulub.

Bu barədə Trend-ə Dövlət Statisatika Komitəsindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2021-ci ildə 1655 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 24,5 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 41,5 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 27,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.