194 əsgəri xilas edən "qazi" göyərçin - Çer Aminin qanlı döyüş yolu + Fotolar
Turan
10:16 06.03.2021
Cəmiyyət
1514
Qədim zamanlardan bəri heyvanlar bir çox məsələlərdə, hətta müharibələrdə belə insanlara yaxından kömək ediblər. Qızğın döyüşlərdə, ön cəbhədə əsgərlərə yardım edən heyvanlar sadəcə dördayaqlı canlılar – at, qatır, it, öküz və s. deyil. Bu qəhrəmanlar arasında göyərçinlər də var. "Müharibə qazisi" quşlardan biri də poçt göyərçini Çer Amidir.
“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çer Ami Birinci Dünya müharibəsi dövründə Amerika əsgərləri üçün rabitəni təmin edən 200 min göyərçindən sadəcə biri idi.
Çeri fəaliyyəti dövründə minlərlə həyati mesaj daşıyaraq yüz minlərlə əsgəri ölümdən xilas etmişdi. Ancaq 3 oktyabr 1918-ci ildə baş vermiş Arqonne döyüşündə isə əsl qəhrəmanlıq nümunəsi göstərmişdi.
Həmin döyüşdə 500 amerikalı əsgər çoxsaylı alman qüvvələri tərəfindən mühasirəyə alınıb, tələyə salınmışdı. Getdikcə yemək və su tükənmiş, sursat bitmiş, ümidlər də yox olmaq üzrə idi. Bir müddət daha mühasirəyə tab gətirmək, hətta fürsət düşdüyü anda qurtulmaq şansı var idi. Lakin bədbəxtlik onda idi ki, amerikalıların müttəfiqləri olan ingilis və fransızlar alman əsgərlərinin mövqelərini deyil, yanlış koordinat səbəbindən mühasirədəki amerikalı əsgərləri güclü bombardman edirdilər.
Öz müttəfiqlərininin atəşi ilə xeyli itki vermiş amerikalı əsgərlərin yeganə ümidi poçt göyərçinlərini “stop” mesajı ilə oraya göndərmək idi. Ancaq havaya qalxan göyərçinlər dərhal yaxınlıqdakı alman əsgərləri tərəfindən vurulurdu. Sağ qalan sonuncu göyərçin Çer Ami idi. Amerikalı əsgərlərin həyatı bu göyərçinin qanadlarından asılıydı və son ümidlə göyə buraxılmışdı.
Göyərçin öz qanadında belə bir mesaj daşıyırdı:
“276.4 paralelindəyik. Öz müttəfiqlərinizə atəş açırsız. Allah xatirinə, dayandırın!”.
Çer Ami digər göyərçinlər kimi göyə qalxarkən düşmən atəşinə məruz qaldı. Lakin qəhrəman quş yaralı halda uçmağa davam etdi və lazım olan məntəqəyə qədər getməyi bacardı. Çeri qanı axa-axa 40 kilometr məsafini uçmuşdu. Müttəfiqlərin mövqeyinə çatdığı zaman bədəni al qan içində idi. Bir gözü çıxmış, ayağının biri isə qopmuşdu..
Amma göyərçin əsgərlərin son ümidi olduğunu bildiyi üçün öz missiyasını sonadək icra etmişdi.
Nəhayət mesaj alınmış, top atəşi dayanmış və əlavə birlik göndərilməklə sağ qalan 194 amerikalı əsgərin həyatı xilas edilmişdi. Təbii ki, bu əməliyyat poçt göyərçini - qəhrəman Çeri Aminin fədakarlığı sayəsində baş vermişdi..
Qəzadan sonra Çerinin itirdiyi ayağı taxta, protez ayaqla əvəz edildi və qəhrəman göyərçin həyatını bir il də “taxta ayaqla” davam etdirdi. Ölümündən sonra Çeriyə abidə də ucaldıldı, hətta barəsində film çəkildi, əsərlər, romanlar yazıldı.. Və tarix "qazi" ünvanlı göyərçini heç vaxt unutmadı..
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya