2026-nın ilk dəqiqələrində dünyaya “salam” dedilər

Türkiyədə Yeni ilin ilk dəqiqələrində doğulan 1 yanvar uşaqları ailələrinə böyük sevinc yaşadıb. Onlara Alya, Mert, İnci, Poyraz, Elif, Arya, Alparslan, Muhammed Ali kimi adlar verilib.

Sherg.az xəbər verir ki, Ankara, İstanbul, Van, Adana, Konya, Bursa və Malatyadakı xəstəxanalarda doğulan körpələr valideynləri ilə birlikdə ziyarət edilərək təbrik olunub, bəzi hallarda körpələrə qızıl hədiyyə verilib. Ailə və Sosial Xidmətlər, həmçinin Səhiyyə Nazirliyi rəsmiləri körpələri və anaları təbrik edib, onlara sağlam və uzun ömür arzulayıb.