Biləsuvarda Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin ailələri ilə görüş keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, görüş Qızıl Aypara Cəmiyyətinin layihəsi çərçivəsində keçirilib.
Görüşdə Biləsuvar rayon icra hakimiyyətinin rəsmiləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin (QMƏVŞA) Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid ailələri iştirak edib.
QMƏVŞA İB-nin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyevin "Report"un yerli bürosuna verdiyi məlumata görə, ümumilikdə Qarabağ müharibəsi zamanı 22 nəfər Biləsuvar rayonundan olan hərbçi itkin düşmüş sayılır.