Azərbaycan, Ermənistan və Rusiyanın parlamentariləri təhlükəsizlik məsələlərini müzakirə edə bilərlər

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin regional təhlükəsizlik məsələlərinin Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə parlament formatında müzakirəsi ideyasını dəstəkləyib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Dumasının saytında xəbər verilib.

Bildirilir ki, Moskvada Volodinlə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib və burada parlamentlərarası dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub.

“Alen Simonyan Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərinin müzakirəsi təşəbbüsü ilə çıxış edib. Vyaçeslav Volodin bu təklifi dəstəkləyib”, - deyə məlumatda qeyd olunub.