"Ağdamda yerləşən Sultanbud kurqanının vəziyyəti narahatlıq doğurur".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, bu kurqan Cənubi Qafqazın ən qədim abidələrindəndir: “Kurqanın vəziyyəti araşdırılmalıdır. Abidənin ətrafında tikinti işləri aparılır. Buradan yerli qurumlara səslənirəm ki, dərhal tikinti işlərini dayandırsınlar”.