Saakaşvilinin bədənində mərgümüş aşkar edilib


Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin bədənində mərgümüş (arsen) aşkar edilib.

Bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat yayıb.

O, həmçinin qeyd edib ki, Saakaşvili bu gün dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin saç nümunələrinin analizi zamanı civə, barium və vismut kimi zərərli maddələrin aşkarlandığı açıqlanıb.

Mənbə: News.ru