İtlə təhdid cinayət sayıldı 


Məhkəmə 2 ildən 5 ilədək həbs cəzası tələb edib

  Türkiyə Ali Məhkəməsi “sizi itimə qapdıraram” kəlməsinin cinayət məsuliyyəti daşıdığına dair qərar verib və bunu “silahla təhdidetmə” ilə eyniləşdirib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyə Ali Məhkəməsi 4-cü Cəza Dairəsi qarşısındakı şəxsi itlə təhdid edərək “səni köpəyimə qapdıraram” deyən şəxsə çıxarılan məhkəmə hökmünü ləğv edərək itlə təhdidin silah təhdidi ilə eyni dərəcədə olduğuna qərar verərək şəxsin bu maddəylə mühakiməsini tələb edib. Hadisə iki avtomobilin toqquşması zamanı baş verib. İçkili vəziyyətdə sükan arxasında əyləşmiş şübhəli, digər avtomobillə toqquşub. Günahkar özü olduğu halda avtomobildəki qurd əsilli itini göstərərək “əlimdəki iti buraxaram, sizi parçalayar, avtomobilimi təmir etdirəcəksiniz”, deyərək avtomobildəkiləri təhdid edib. Qəzada xəsarət alanlar da şikayətçi olaraq məhkəməyə müraciət edib. Məhkəmə şəxsin qarşıdakı insanları itlə qorxutmasını silahla təhdid edilməyə bərabər əməl sayaraq haqqında  2 ildən 5 ilədək həbs cəzası tələb edib. Ali Məhkəmənin 4-cü Cəza Dairəsi üzvlərindən biri isə itin əşya, alət deyil, canlı olmasına diqqət çəkərək bu təhdidin silahla eyniləşdirilməsinə qarşı çıxıb. Məhkəmənin hansı qərar verəcəyi hələ ki bilinmir.