Türkiyəli zəlzələ mütəxəssisi: “Təkanlar 3-4 il davam edəcək” - FOTO

“330 km məsafədə Yerin kükrəyişi bitmədi. Güclü təkanlar 3-4 ay davam edəcək, getdikcə  zəifləməyə başlayacaq. Yalnız 3-4 ildən sonra öz sakitliyinə çatacaq”.
Oxu.Az-ın verdiyi məlumata görə, türkiyəli professor, zəlzələ üzrə mütəxəssis Ahmet Ercan özünün “Twitter” hesabından bu barədə proqnoz verib.
Onun sözlərinə görə, 10 əyalətdə orta hesabla 12 milyon insan və 4 milyon bina zəlzələdən zərər çəkib. Onlardan 6000-dən çoxu mühacirət edib.
“Dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil. Onlardan 8 mini xilas edilib. Digərləri dağıntılar altında, ya əzilib, ya da ümidlə gözləyirlər. Yuxarıdakılar da çarəsizdir...”, - deyə o əlavə edib.
Professor ən çox zərərin suriyalı qaçqınların cəmləşdiyi əyalətlərdə baş verdiyini bildirib.
“Onların çoxunun qeydiyyatı belə yoxdur. İmmiqrantlar qarət edilməməsi, uşaq, körpə və qadın orqan mafiyası tərəfindən oğurlanmaması və təhlükəsizliyin təmini üçün təcili fövqəladə vəziyyət elan edilməlidir”, - deyə o bildirib.