İsraildən Türkiyəyə 150 nəfərlik yardım qrupu göndərilib - VİDEO

Episentri Kahramanmaraşda olan zəlzələlərdən sonra İsrail Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə əməliyyatları çərçivəsində İsrail Müdafiə Qüvvələri (İDF) Türkiyəyə 150 ​​nəfərlik heyət göndərib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Milli Xilasetmə Diviziyasının rəhbəri Golan Vax açıqlama verib.
Onun sözlərinə görə, qrupun 1/3-i inzibati və kəşfiyyat personalından, qalan 2/3-sinin isə xilasetmə, tibb və mühəndislik sahələrində mütəxəssislərdən ibarətdir.
Xilasetmə idarəsinin 31-ci ekspedisiyası olduğunu qeyd edən Vax səhra xəstəxanasının yaradılması üçün razılıq aldıqlarını bildirib.