Azərbaycan xilasediciləri uşağın meyitini çıxarıblar

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə köməyə yollanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində dağıntılar altında qalmış uşağın (qız) meyitini çıxarıb.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış 7-8 yaşlı qızın meyitini aşkarlayaraq, çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.