Əfv Komissiyasının iclasında 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Komissiyanın növbəti iclası fevralın 14-də keçiriləcək.
Qeyd edək ki, komissiya son iclaslarında indiyə qədər 500-dən çox müraciətə baxıb.
16:20
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılır.
Komissiyanın indiyədək keçirilən iclaslarında əfvlə bağlı 400-dən çox müraciətə baxılıb.