Səfir dörd azərbaycanlı tələbənin taleyinə aydınlıq gətirdi

“Türkiyədə zəlzələ baş verən andan bizə daxil olan zənglərin araşdırılmasına başlamışıq”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfir qeyd edib ki, zəlzələ baş verən bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur:
“Artıq ikinci zəlzələ baş verəndə biz həmin bölgələrdə olan tələbələrin sayını müəyyənləşdirməyə və onlardan dağıntılar arasında qalanların olub-olmamasını dəqiqləşdirməyə başlamışdıq. Bizə daxil olan məlumatlardan Malatyada 4 tələbənin dağıntılar arasında qaldığı deyildi. Biz onların ad və soyadını dəqiqləşdirərək bütün xəstəxanalarda axtarış apardıq. Amma bu günə qədər hələ onlarla bağlı bir məlumat yoxdur. Biz yenə araşdırırıq. Türkiyənin rəsmi qurumlarının hər gün yaydığı ölən və xəsarət alanlar arasında da həmin tələbələrin adı çıxmayıb. Nəzərinizə çatdırım ki, bu məlumatlar hər gün yenilənir. Araşdırmalarımız davam edir”.