Sabah qaz ödənişi ilə bağlı sistemdə fasilə yaranacaq - "Azəriqaz"

"Azəriqaz" İstehsalat Birliyinin informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi nəzərdə tutulub.

"Sherg xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Bildirilib ki, bu səbəbdən İTRON smart kart ödənişi istisna olmaqla, digər ödəniş sistemi 07.04.2024-ci il saat 01:00-dan 07.04.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

"Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur", - məlumatda deyilir.