Cahangir Əsgərov bu vəzifəsindən də azad olundu

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsindən azad edilib.
Sherg.az Modern.az-a istinadən xəbər verir ki, artıq onun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb.

Onun yerinə texnika üzrə fəlsəfə doktoru, dosent Elman Nəcəfovun təyin olunduğu bildirilib.