Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
Sherg.az APA-ya istinadən xəbər verir ki, komissiyanın növbəti iclası aprelin 17-nə təyin edilib.
Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Əfv Məsələləri Komissiyasının ilk iclasında 100-dən çox müraciətə baxılıb.