Nigar Rüstəmliyə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub. 
Manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in sədri Vüqar Qurbanovun müvafiq əmri ilə Nigar Rüstəmli TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Nigar Rüstəmli bundan öncə “Sağlam Ailə” Tibb Mərkəzində icraçı direktor vəzifəsində çalışıb.