68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.
İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) “The Code” mahnısı ilə 591 xal toplayaraq qalib olub. İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıb. Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə 11-də keçirilib. Birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər.
Maraqlıdır, əksər musiqi mütəxəssisləri və sənətçilər Nemonun səsinin də, performansının da mükəmməl olduğunu, qalibiyyətə tam layiq olduğunu bildirirlər. Bəzi tənqidçilər isə, Nemonun sırf gey olduğuna görə qalib gəldiyini və Eurovisionun geylər yarışmasına çevrildiyini deyirlər.
Məsələyə münasibət bildirən Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə “Sherg.az”a açıqlamasında deyib ki, 20-ci əsrdə etibarən, dünya incəsənətində qəribə prosseslər gedir:
"Sənət və ədəbiyyat tarixi bizə anormal və qeyri-adi görünən insanlarla doludur. Qədim Yunan və Roma imperiyasında da bu belə olub. Ancaq ikinci dünya müharibəsindən sonra dünya incəsənətində, kinosunda, mədəniyyətində cinsi azlıqlara malik olan dəyərli, böyük sənət əsərləri yazan sənətkarların ortaya qoyduğu unikal sənət nümunələri ilə qarşılaşırıq. Əgər biz həmin insanların cinsi armitasiyasına önəm versək, bu dahiyanə əsərlərin böyük hissəsini atmış olarıq. Bu zaman dünya mədəniyyətini ixtisar edəcəyik. Rusların məşhur bir sözündə "Çaykovskiyə onun seksual oriyentasına görə yox, yaratmış olduğu əsərlərə görə qiymət veririk" deyilir. Ona görə biz də sənət nümunələrinə estetik və kultroloji baxımdan yanaşmalıyıq. 2024-cu il Avroviziya müsabiqəsi çoxlu mübahisələrə səbəb oldu. Ancaq Azərbaycanda daxil olmaqla, dünyanın ən inkişaf etmiş cəmiyyətlərini təmsil edən sənət bilgilərinin məhz, Memoya verdiyi 12 bal insanların fikirlərinin dəyişdiyini sübut edir. Fikrimcə, İsveçrə təmsilçisi Nemonun göstərdiyi performans ünikaldır. Həm musiqi, həm də sənətçinin sərbəstliyi və müsiqi dili ilə insanlara nələri isə çatdırmaq istəməsi yüksək dəyərləndirilir. Nemonun gey olub-olmaması heç kəsi maraqlandırmamalıdır".
Kulturoloq vurğulayıb ki, 21-ci əsrdə kimlərinsə tumanına burun soxmağın özü tərbiyəsizlikdir:
"Kimin yaşam tərzi necədirsə, özü bilər. Yetər ki, bunu gənclərə təqlid və reklam etməsin. Qanunları pozmadan başqalarına mane olmursa, bunu onun üzünə vurmaq olmaz. Əgər bu düşüncə ilə addım atırıqsa, o zaman cinayyətkarların cəzasını aldıqdan sonra cəmiyyət arasında yaşamasına pis baxmalıyıq. Bir sözlə, bu düzgün yanaşma deyil və gülünc səslənir. Avropanın aparıcı ölkələrində siyasətçilər, nazirlər eyni cinslər bir-birindən evlənirlərsə, pop musiqiçilərini də buna görə, qınamamalıyıq".