Məktəbəqədər təhsil müəssisələrində qidalanma lə bağlı pilot layihə icra edilir

Məktəbəqədər təhsil müəssisələrində qidalanma lə bağlı pilot layihə icra edilir.
“Sherg.az” xəbər verir ki, bunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu”, “Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul” ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.
“Ötən ildən etibarən paytaxtın Binəqədi, Nərimanov,Nizami və Səbail rayonlarında, eləcə də, Mingəçevir, Gəncə, Bərdə, 2024-cü ilin yanvarından isə Yevlax, Tərtər, Ağcabədi və Bakının Yasamal, Nizami, Xətai və Sabunçu rayonlarında qidalanma ilə bağlı pilot layihə icra edilir.Layihəyə əsasən, isti yeməklər katerinq şirkətləri tərəfindən çatdırılır. Müəyyən müəssisələrdə isə bağçaların özlərində hazırlanır”, - deyə o bildirib.