Bakıda qrilin içindən qurd çıxıb.
"Sherg.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilib ki, qril 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınıb.
Məsləni dəyətrləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, hər bir malın müəyyən temperaturda saxlanma şəraiti və yararlıq müddəti mövcuddur:
''Lakin "Fast food" yeməkləri, qril və dönərlərdə bu kimi nüanslara əməl olunmur. Bugündən sabaha saxlanılan dönərlər birmənalı şəkildə hamısı çirklidir. İnsanlar isə bunu hiss etmirlər. Böyük ehtimal, həmin toyuq cəmdəkləri elə şəraitdə saxlanılıb ki, qrildə qurdlar əmələ gəlib və eləcə də bişirilib. Pis qoxunu almamaq üçün isə bir çox üsullar var. Qeyd edim ki, ətdən zəhərlənmələr az olur. Çünki insan zəhərlənmə həddinə gəldikdə ətdən çox pis qoxu gəlir. Lakin müasir texnologiyalar o qədər inkişaf edib ki, həmin qoxunu aparmaq mümkündür. Qrildə qurd əmələ gəlməsi isə obyektdə heç bir sanitariya qaydalarına əməl olunmadığından xəbər verir. Təəssüf ki, bu kimi hallar yolverilməz olsa da həyatımızda yaşanır. Lakin bu cür əməllərdə bir-biri ilə rəqabətdə olan şirkətlərin və ona yaxın olan obyektlərin də əli ola bilər. Ona görə də gərək, materiallar Qida Təhlükəsizlik Agentliyi tərəfindən təqib olunsun. Bunun üçün AQTA kütləvi informasiya vasitələrindəki məlumatları ciddi araşdırılmalıdır. Bir sözlə, KİV və AQTA daim sıx əməkdaşlıq etməlidir".