Bu prospekt tam açıldı

8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
Bu barədə Sherg.az-a NİİM-dən məlumat verilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumata görə, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.