Ürək dağlayan anlar! Sahibsiz it onu yedizdirən adama belə təşəkkür edib


Kocaelinin Gölcük rayonunda 'Ares' adlı sahibsiz it, daha əvvəl ona yemək verən Ceyhun Satırın mağazasının qapısına ağzında gəzdirdiyi bişmiş toyuq budunu qoyub.
 Sherg.az xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerasına əks olunub.
Hadisə saat 12.30 radələrində rayonun Çiftlik məhəlləsindəki ağ əşyaların təmiri sexində baş verib. Ceyhun Satır mağazasında oturub telefonunu yoxlayarkən qapının qarşısındakı hərəkəti hiss edib. Qapıya doğru irəliləyən Satır, təxminən 5 ildir bəslədiyi 'Ares' adlı sahibsiz itin bişmiş toyuq budunu qapının qarşısında yerə qoyduğunu görüb.

Ceyhun Satır sahibsiz itin yanına gedib başını sığallayıb. Həmin anları mobil telefonun kamerası ilə lentə alan Satır “Qızım, mənə yemək qoymusan? təşəkkür edirəm. Mənə yemək gətirdin ki, sənə vaxtında yemək verdim? Mən sənin ağlına qurban olum, qızım, tək balam, gözəl qızım” deyə səslənib.

Mağazanın təhlükəsizlik kamerasına düşən görüntülərdə dükanın qapısında sahibsiz itin toyuq budunu ağzında qoyması, Satırın oturduğu yerdən qalxaraq qapıya tərəf getməsi anları əks olunub.