Gürcüstan polisi kütləvi şəkildə istefa verir

Gürcüstan Daxili İşlər Nazirliyinin 100-dən çox əməkdaşı istefa ərizəsi yazıb.
Axar.az xəbər verir ki, bunu keçmiş baş nazir və keçmiş daxili işlər naziri, müxalif Gürcüstan Naminə Partiyasının lideri Georgi Qaxariya deyib.

O qeyd edib ki, Daxili İşlər Nazirliyində islahatlara ehtiyac var, hüquq-mühafizə orqanları siyasətdən uzaqlaşdırılmalıdır.