
"Ov", "yev" soyad sonluğu ruslara aid deyil -AÇIQLAMA
08:15 07.01.2025
Cəmiyyət
656
Əslində, bu soyad sonluğu türk, daha dəqiqi isə tatar mənşəlidir
“Son dövrlərdə soyad sonluğu ilə bağlı mübahisələrə rast gəlirəm. Bizdə elə təsəvvür yaranıb ki, guya "ov", "yev" soyad sonluğu ruslara aiddir və ya rus mənşəlidir. Ancaq kök və mənşəcə "ov", "yev" soyad sonluğu türk, daha dəqiqi isə tatar mənşəlidir və ruslar da bu soyad sonluğunu tatarlardan götürüblər. Bu sonluqların mənası isə "oba", "ev" deməkdir”.
Bu sözləri “Sherg.az”ə açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, moğol-tatar iqasının slavyan xalqları, o cümlədən ruslar üzərində çox əsrlik hökmranlığının təsiri danılmazdır:

“İndiki rus soyad sonluqları və ələlxüsus da soyadların özləri belə türk kökənlidir. Rusiyanın əksər zadəgan ailələri, yüksək təbəqəsi, nəsillər belə türk əsillidir.
Qaldı ki, digər slavyan xalqlarına, hələ IV, V əsrlərdə Böyük Hun imperatoru Atillanın Avropaya yürüşündən sonra yerli zadəgan və valilər hunlara aid olduğunu göstərmək üçün türk ad və soyad, ləqəb və totemlərdən geniş istifadə edib. XXIII-XXIV əsrlərdə, yəni
sonrakı dövrlərdə də Moğol-Tatar Qızıl Orda Şərqi Avropaya yürüş edib, əsarətdə saxlayıb və hətta daimi əsaslarla məskunlaşıb. Ona görə də Şərqi Avropada və xüsusən də slavyan xalqlarında da türk mənşəli soyadların mövcudluğu tarixi prosesin təbii nəticəsidir.
Bəli, bu da həqiqətdir ki, "ov, "yev" soyad sonluqları artıq rusların milli soyad sonluğu kimi qəbul edilir. Araşdırmalar aparandan sonra, soyadımızda dəyişiklik etmədik. Əlbəttə ki, soyad sonluğu kimi, "oğlu", "soy", "lı", "li", "i" sonluqları qəbul edilmiş türk mənşəli soy işarəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya