Zəhərli bir dostunuz olduğunu göstərən 8 ƏLAMƏT

Belə insanlar davamlı mübahisələr yaradır və hadisələrin baş aktyoru olmaq istəyir


 Zəhərli insanlar sosial münasibətlərdə özlərini tez göstərirlər. Bu, manipulyasiya, həddindən artıq tənqid, eqoizm və ya emosional sui-istifadə kimi xüsusiyyətlərlə ortaya çıxır. Mütəxəssislər xəbərdarlıq edir ki, zəhərli insanlarla dostluq etmək psixi sağlamlığa zərər verə bilər.

Dram yaratmaq zəhərli insanların ən bariz xüsusiyyətlərindən biridir. Zəhərli insan davamlı olaraq mübahisələrə səbəb olur və hadisələrin baş aktyoru olmaq istəyir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda psixiatr Perpetua Neo deyir: "Zəhərli dostlar sizi öz xaotik dünyalarına cəlb etməyə çalışırlar".

Zəhərli bir dost sizi əsla dinləmir. Hər söhbəti özü ilə bağlı bir məsələyə çevirməyə çalışır. “Bir insanı başa düşdüyünü göstərmək üçün “mənim də başıma gəldi” demək normaldır”, - deyə Neo bildirib. "Bu, o insanla empatiya qurduğunuzu göstərir, lakin zəhərli insanlar yalnız özlərini ifadə etmək istəyirlər" deyə bildirir.

Psixoloqların fikrincə, bunu başa düşməyin ən asan yolu hər ikinizlə heç bir əlaqəsi olmayan təsadüfi mövzuları gündəmə gətirməkdir. Zəhərli bir insan istənilən vəziyyətdə söhbəti özünə götürə bilər.

İstər işdə yüksəliş qazanırsınız, istərsə də yeni eşq macərasına başlamağınızdan asılı olmayaraq, zəhərli dostunuz daim sizinlə rəqabət aparacaq. Amber Li deyir: "Sağlam rəqabət dostluğu motivasiya edə bilər, lakin birtərəfli rəqabət zəhərlidir".

Rəqabət bəzən imitasiyaya çevrilə bilər. Zəhərli dostunuz bir neçə gün əvvəl aldığınız çantanı götürə və ya istifadə etdiyiniz sözləri qəbul edir. Bəzən hətta icazəsiz fotolarınızdan sosial mediada istifadə edə bilərlər.

Zəhərli insanlar sizin sərhədlərinizlə maraqlanmırlar. Onlar sizin kommunikasiya kanallarınıza giriş əldə edə və uyğun olmayan şəkildə sizinlə əlaqə saxlaya bilərlər. Narahat olduğunuzu deyəndə sizi günahlandırırlar.
Perpetua Neo bildirir ki, bu insanlar həm də tərəfdaşınızla münasibətinizə hörmətsiz yanaşır.

Zəhərli bir dost sizə daim zəng edir və mesaj göndərir. Onlar sizin bütün vaxtınızı istəyirlər və məşğul olduğunuz zaman bunu problemə çevirə bilərlər.

Zəhərli bir insan digər dostlarınızı qısqanır  və onlara mənfi şərhlər yazaraq sizi onlardan uzaqlaşdırmağa çalışır.

Zəhərli bir dost uğurlarınızı tərifləməyəcək və sizin yerində dayanmağınızı istəyəcək. Zəif cəhətlərinizi önə çıxararaq sizi aşağılamağa çalışırlar. De Los Santos qeyd edir ki, zəhərli insanın tənqidi sevgi və narahatlıqdan deyil, qısqanclıq və nifrətdən qaynaqlanır.

Zəhərli bir dostla vaxt keçirmək sizi əsəbiləşdirirsə, bu, qeyri-sağlam bir əlaqənin əlamətidir. Kelsey Latimer deyir: "Sağlam dostluqlar bir-birinin ən yaxşı tərəflərini ortaya qoyur. Əgər kimsə ilə olmaq sizi stresə salırsa, demək o adam sizin üçün uyğun deyil".