
İlahiyyatçı: Falçılıq millətin “evini yıxır”
08:27 04.04.2025
Cəmiyyət
780
Çarəsiz vəziyyətdə qalanda mütəxəssislərə müraciət etmək lazımdır, özlərini Allaha şərik sayan falçılara yox
Son illər sosial şəbəkələrdə falçı adı altında fəaliyyət göstərən səhifələrin sayı artıb. Kart falı, qəhvə falı, tarot və ya astroloji proqnozlar kimi xidmətlər təqdim edən falçılar “İnstagram”, “Facebook” və “TikTok” kimi platformalarda canlı yayım və ya şəxsi mesajlarla fala baxırlar.
Bəzi falçılar isə “Zoom”, “WhatsApp” və ya digər video zəng proqramları vasitəsilə müştərilərlə əlaqə saxlayır.
“Baxıcı” səhifələrini idarə edən fırıldaqçılar insanların marağından və emosional zəifliyindən istifadə edərək onları aldatmağa çalışırlar.
Canlı yayımlar açaraq izləyicilərə fal baxma, kart açma kimi xidmətlər təklif edir və bunun müqabilində ödəniş tələb edirlər. “Pis enerjiniz var”, “lənət var” kimi ifadələrlə insanları qorxudurlar və əlavə xidmətlər təklif edirlər. Yaxud da həddindən atıq müsbət, şokedici proqnozlar verirlər.
Profildə müsbət rəylər və yalançı şərhlər paylaşaraq özlərini etibarlı kimi göstərirlər. Müştərilərdən ödənişi aldıqdan sonra profili bağlayıb, yoxa çıxırlar.
Daxili İşlər Nazirliyi (DİN) belə hallarda vətəndaşlara diqqətli olmağı və şübhəli şəxsləri hüquq- mühafizə orqanlarına bildirməyi tövsiyə edir.
Belə ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq, pullarının mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrafillinin açıqlamasına görə, bu kimi hallarda özünü “falçı” və ya “baxıcı” kimi təqdim edən şəxslər vətəndaşlardan müxtəlif məbləğlərdə ödəniş tələb edir, onlayn köçürmə yolu ilə pulu aldıqdan sonra isə sosial şəbəkə hesablarını bloklayaraq məsuliyyətdən yayınırlar.
Lumu İsrafilli vurğulayıb ki, vətəndaşlardan mənimsənilən məbləğin miqdarına görə bu cür faktlar üzrə inzibati və ya cinayət işi açılır. DİN rəsmisi sosial şəbəkə istifadəçilərinə bu tipli elanlara inanaraq ödəniş etməmələri və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamaları barədə xəbərdarlıq edib.
İlahiyyatçı Əkrəm Həsənov da “Sherg.az"a açıqlamasında deyib ki, sosial şəbəkələrdə dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslər insanları aldadaraq onları çarəsiz vəziyyətdə qoyur və pullarını müxtəlif yollarla mənimsəyirlər.
Bu kimi halların həm hüquqi, həm də əxlaqi baxımdan yolverilməz olduğunu vurğulayan ilahiyyatçı bu tendensiyanın artmasının cəmiyyətimizə mənfi təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu cür fəaliyyəti icra edən şəxslər ölkəmizin qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunmalıdır:

“Azərbaycan qanunvericiliyinə görə, saxta yolla pul əldə edən şəxslər dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir.
Aidiyyəti qurumlar bu şəxslərin fəaliyyətlərinin araşdırılması və qanun pozuntusu hallarında müvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq addımlar atır.
Zənnimcə, sosial şəbəkələrdə dələduzluq edən şəxslərə qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi də olduqca vacibdir.
İnsanların bu cür yalançı iddiaların qurbanı olmamaları üçün ictimai maarifləndirmə kampaniyalarının təşkil edilməsi üçün addımlar atılmalıdır.
Falçılıq və cadugərlik real həll yolu deyil. Bu cür fəaliyyətlər insanları daha da ümidlərini itirməyə vadar edir.
Fala baxmağı iddia edənlər və tiktokda özlərini baxıcı, görücü kimi təqdim edən şəxslərin əksəriyyəti dələduzdur və insanların pulunu mənimsəmək məqsədini güdür.
Çarəsiz vəziyyətdə qalanda mütəxəssislərə müraciət etmək lazımdır, özlərini Allaha şərik sayan falçılara yox. Problemlərin həlli üçün elmi, hüquqi və dini yollar mövcuddur. Müqəddəs dinimizdə də belə halların haram olduğu, Allahdan başqa heç bir qüvvənin insanların taleyinə təsir edə bilməyəcəyi açıq şəkildə bildirilib”.
İlahiyatçı vətəndaşları diqqətli olmağa, bu cür saxta fəaliyyətləri dəstəkləməməyə və maariflənməyə dəvət edib. Saxtakarlara yox deyib, birlikdə aldadılmanın qarşısını almalıyıq! Bu cür hallarla rastlaşan hər kəs aidiyyəti qurumlara məlumat verməkdən çəkinməməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol