Baba yağışın altında nəvəsini kürəyinə alıb birlikdə İstiqlal Marşını oxudu

Türkiyənin Adana şəhərinin  bir məktəbində adını öyrənmək mümkün olmayan bir baba, nəvəsini məktəbə gətirərkən leysan yağışa düşüb.

Sherg.az xəbər verir ki, baba nəvəsini islanmaqdan qorumaq üçün onu kürəyinə alaraq çətir ilə örtüb. Cümə günü olduğu üçün İstiqlal Marşı başladıqda isə evə getmək əvəzinə yağış altında dayanaraq nəvəsi ilə birlikdə marşı oxuyub.

Bu anlar telefon kamerası ilə lentə alınıb və sosial şəbəkələrdə geniş maraq doğurub.