Kilosu 200 TL-ə satılır: Təqaüdə çıxdı, pitaya yetişdirməyə başladı

Mersinin Silifke rayonunda tropik "pitaya" (əjdər meyvəsi) yığımına start verildi.
Sherg.az xəbər verir ki, 7 il əvvəl istixanada yetişdirilməyə başlanan meyvə yerli bazarda və ixracda satılır.
Qiyməti 200 TL-dən başlayır, əsasən Rusiya, Almaniya, Hollandiya, İraq və Dubaya ixrac olunur.
150 dönüm sahədə yetişdirilən meyvədən, şəraitə görə hər dönümdən 3 tona qədər məhsul götürülür.
Təqaüdə çıxmış müəllim Taner Yılmaz 2 dönümlük istixanadan bu il 7-8 ton məhsul gözləyir.
Pitaya ağacı düzgün qulluqla 25-35 il məhsul verir.
Məhsul yığımı iyun ayından dekabrın əvvəlinə qədər davam edir.